O, ərizəsini dövlət başçısına təqdim edib
Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev ölkə başçısı İlham Əliyevə müraciət edərək Xarici işlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, H.Paşayev müraciətində əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini qeyd edib və islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni, cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.
H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
78 yaşlı Hafiz Mir Cəlal oğlu Paşayev ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın əmisidir. O, 1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Prezidentin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Xarici işlər nazirinin müavini, bu nazirliyin Diplomatik Akademiyasının rektoru təyin edilib.