Hafiz Məmmədov haqqında ev dustaqlığı ləğv edildi

Hafiz Məmmədov, Benker.az

Sahibkarın haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib

“Baglan Group” şirkətlər qrupunun rəhbəri, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədov haqqında ev dustaqlığı qətimkan tədbiri ləğv olunub. Bu barədə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində qərar qəbul edilib. Qərara əsasən, ev dustaqlığı ləğv edilib və başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov haqqında istintaq dövrü üçün seçilmiş qətimkan tədbiri növünün dəyişməsi haqda məlumatı vəkili Orxan Cəfərbəyli də təsdiqləyib.

Külli miqdarda vergidən yayınmaqda ittiham olunan iş adamının barəsindəki cinayət işinin istintaqı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılır. İddia olunur ki, Hafiz Məmmədovun rəhbərlik etdiyi şirkətlərin böyük məbləğdə vergi borcları var.

Hazırda məhkəmələrdə Hafiz Məmmədov və ailə üzvlərinə qarşı çoxsaylı məhkəmə iddiaları var. Həmin iddiaların bir çoxunda Məmmədovlara məxsus əmlakların müsadirəsi tələb olunur.

Ana səhifəXəbərlərHafiz Məmmədov haqqında ev dustaqlığı ləğv edildi