Namizəd seçicilərin fəallığından razıdır
Prezidentliyə səkkiz namizəddən biri, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səs verib.
O, 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Prezidentliyə namizəd seçicilərin fəallığından razılığını bildirib.
H.Hacıyev seçkilərdə rəqibi olan, hazırki prezident İlham Əliyevə səs verdiyini bildirib.