“Prezident ya mən, ya da qardaşım İlham Əliyev seçiləcək”
Fevralın 10-da Müasir Müsavat Partiyasının Siyasi Şurasının növbədənkənar iclasında partiyanın prezident seçkilərində iştirak etməsi və sədr Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarlar qəbul edilib.
Partiya sədri vurğulayıb ki, bu seçkilərdə iki güclü namizəddən biri seçiləcək, “Prezident ya mən, ya da qardaşım İlham Əliyev seçiləcək. Nə olsun ki, namizəd olaraq rəqibik, etiraf etmək lazımdır ki, o, məndən daha güclüdür”.
Növbədənkənar seçkiləri müxalifətdə olan ReAL, Müsavat, Ümid, Milli Şura və daha 3 təşkilat boykot edəcəyini bildirib.