Hadrutda istiqamətində atışma; Azərbaycan ordusu əsgərini itirdi

“Hadrutda baş verən hadisə və iki şəhid verməyimiz bizə əsas verir ki, təcili Laçın dəhlizinin başlandığı Azərbaycan-Ermənistan dövlət sərhədini sərhəd qoşunları nəzarətə götürsün”

Source: Specify Source


Ərazidə hərbi əməliyyatların keçirildiyi deyilir

Dekabrın 27-də Hadrut qəsəbəsində atışma olub. İlkin məlumata görə, Ermənistan hərbçiləri Azərbaycan əsgərlərinə hücum ediblər. Atışma nəticəsində 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərov həlak olub.

Elmir Qəmbərovun yaxın qohumu Gülanə İsayeva da “Facebook” səhifəsində bu barədə məlumat paylaşıb.

O, Beyləqan rayon sakini Elmir Qəmbərovun Şuşa, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak etdiyini bildirib:

“Bibim nəvəsi bu rayonlar uğrunda şucaətlə döyüşüb. Müharibə bitən gunu Elmirin sağ qalmağına o qədər sevinmişdim…”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da Azərbaycan əsgərlərinin hücuma məruz qaldığını deyib. O, Azərbaycan ordusundan 2, qarşı tərəfdən 6 nəfərin öldüyünü deyib:

“Bizdən iki nəfər şəhid olub. Məlumata görə, düşmənin də 6 meyidi var. Hadrutda baş verən hadisə və iki şəhid verməyimiz bizə əsas verir ki, təcili Laçın dəhlizinin başlandığı Azərbaycan-Ermənistan dövlət sərhədini sərhəd qoşunları nəzarətə götürsün. Konkret vaxt verərək bütün erməni silahlı qüvvələrinin silahları sülhməramlılara təhvil verib, ölkəni tərk etməsi tələb edilsin! Bu sərhədə biz nəzarət etmədikcə, hələ çox terrorçu ölkəyə daxil olacaq və bilmək olmaz ki, fəaliyyətləri də Qarabağla bitəcəkmi?”

Meydan TV-yə daxil olan başqa bir məlumata əsasən Xocavəndin Tuğ kəndi istiqamətində də itkilər var və bir nəfər əsir götürülüb. Əsgərlərdən birinin həlak olması xəbəri yaxınları tərəfindən təsdiqlənib. Digər xəbərdə isə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir.

Müdafiə Nazirliyi hələlik hansısa açıqlama verməyib.

Ana səhifəSiyasətHadrutda istiqamətində atışma; Azərbaycan ordusu əsgərini itirdi