Hadi Rəcəblinin oğlu nazir müşaviri oldu

Vüsal Rəcəbli bundan əvvəl BEGOC-un Nəqliyyat Departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.

Source: Specify Source


Keçmiş deputatın oğlu bundan sonra energetika sahəsində çalışacaq

Keçmiş deputat Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli Energetika müşaviri təyin olunub. Məlumatı “Report”a Energetika nazirinin müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva təsdiqləyib.

Vüsal Rəcəbli bundan əvvəl BEGOC-un Nəqliyyat Departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.

"Həyat" Beynəlxalq Humanitar Təşkilatının prezidenti olmuş Vüsal Rəcəblinin ailəsinə məxsus xeyli şirkətlər də var. Vergi İdarəsinin rəsmi məlumatına görə özü və xanımı Səidə Rəcəblinin adına olan şirkətlər bunlardır: "VR SOLUTİONS", "VRS", "VRS CONSULTİNG", "VRS İNFOTECH", “MOBA3”.

Ana səhifəSiyasətHadi Rəcəblinin oğlu nazir müşaviri oldu