Hadı Rəcəbli: ”Pensiya yaşı çatan məmurlarla xüdahafizləşməliyik”

”Sahibkarın başını kəsən məmurun əlini qıraq”

Source:


”Sahibkarın başını kəsən məmurun əlini qıraq”

“Pensiya yaşı çatıb gününü keçirən məmurlara “xüdahafiz” deməliyik. Pensiya yaşı çatıb lakin dəyişməz olan, baxmayaraq ki, kimsə əvəzolunmaz deyil, amma ehtiyac olan şəxsləri dəstəkləməliyik. Ola bilər ki, həmin şəxsi başqa adla, yəni müşavir və ya digər statusla vəzifədə saxlamaq olar”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli dövlət orqanlarında çalışan dövlət qulluqçularının ixtisara düşməsi ilə bağlı sualı şərh edərkən deyib.

“Prezidentin dediyi kimi bu aralar bütün ixtisarları azaltmaq, hətta mümkün qədər ixtisara yer verməmək lazımdır. Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmazdan əvvəl ilk olaraq ixtisara salmamaq barədə düşünsün. Yəni, insanları ixtisar etmədən gəlirlərini azalt. Maya dəyəri çoxalsın, gəlirlər azalsın. Hər zaman sahibkarların üzərinə düşülür. Prezident demişkən, gəlin məmurun əlindən vuraq. Sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq. Mətbuatı bu istiqamətə yönəltməliyik. Mətbuat isə əksinə, daha çox sahibkarın üzərinə düşür. Kiminsə qohumunun sahibkar olması məsələsi araşdırılır. Hansısa sahibkar kiminsə qohumu olsa da, iş yeri yarada bilib. İş yerlərinin saxlanması üçün əlimizdən gələni etməliyik”, – H.Rəcəbli vurğulayıb.

Ana səhifəXəbərlərHadı Rəcəbli: ”Pensiya yaşı çatan məmurlarla xüdahafizləşməliyik”