Hadı Rəcəbli: Köçkünlər işıq spirallarını yandırıb, pəncərəni açırlar

”Prezidentin yeni fərmanı israfçılığın qarşısını alacaq”

Source:


”Prezidentin yeni fərmanı israfçılığın qarşısını alacaq”

Yataqxanalarda məskunlaşan məcburi köçkünlərin otaqlarına işıq sayğacları qoyulmasına başlanıb. Bu, Yasamal rayonu, Şərifzadə küçəsindəki yataqxana sakinlərinin etirazına səbəb olub.

bakipost.az yazır ki, köçkünlər etiraz olaraq yolu bağlamağa cəhd ediblər. Onlar işığın, qazın, ərzağın bahalaşdığı bir dövrdə o qədər pulu ödəyə bilməyəcəklərindən narahatdırlar.

Deputat Hadı Rəcəbli isə köçkünlərin israfçılıq etdiyini düşünür. O, modern.az-a prezidentin məcburi köçkünlərlə bağlı sonuncu, aylıq 36 manatlıq müavinət fərmanını dəstəklədiyini deyib:

“Fərman həm də israfçılığın qarşısını alacaq. Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Hadı Rəcəbli sənədin bəzi neqativ halların qarşısını almağa xidmət edəcəyini də söyləyib:

“Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Problem yaranırdı. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.

2016-cı ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də oxşar açıqlama ilə gündəmə gəlmişdi. O, qış rejiminə keçidlə bağlı qazın zəifləməsi probleminə aydınlıq gətirərkən insanlar qazı azaltmır, əvəzində pəncərəni açıq saxlayır demişdi.

İlham Əliyev yanvarın 23-də köçkünlər və onlara bərabər tutulan şəxslərə veriləcək aylıq müavinətlə bağlı fərman imzalayıb. Fərmana görə, məcburi köçkünlərə yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manat məbləğində müavinət müəyyən edilib.

Ana səhifəXəbərlərHadı Rəcəbli: Köçkünlər işıq spirallarını yandırıb, pəncərəni açırlar