”Hadı Rəcəbli haqsızdır”

Azər Mehtiyev: Əslində, Avropa Oyunlarına ayrılan vəsaitləri Qarabağ əlillərinə yönəltsəydilər, daha yaxşı olardı

Source:


Azər Mehtiyev: Əslində, Avropa Oyunlarına ayrılan vəsaitləri Qarabağ əlillərinə yönəltsəydilər, daha yaxşı olardı

“Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı”.

Bu fikirləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Hadı Rəcəbli report.az-a bildirib.

Deputatın açıqlaması sosial şəbəkələrdə və mediada narazılıqla qarşılanıb.

İqtisadçı Azər Mehtiyev Hadı Rəcəblini haqsız hesab edir.

O, bu barədə Meydan TV-yə deyib ki, Qarabağ əlilləri torpaq, ərazi bütövlüyü uğrunda mübarizə apardığından onlara tibbi sığorta tətbiq etmək dövlətin borcudur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır: “Hazırda Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır və biz həmin əraziləri qaytarmalıyıq. Ona görə də Qarabağ əlillərinə münasibət fərqli olmalıdır. Əslində, Avropa Oyunlarına ayrılan vəsaitləri bu istiqamətə yönəltsəydilər, daha yaxşı olardı”.

İqtisadçı deputatın apteklərin özəl olması barədə fikirlərini də əsassız sayıb: “Bu cür insanlara dövlət tərəfindən tibbi sığorta tətbiq edilməlidir və onlar istənilən yerdə dərmanlarını pulsuz almalıdır. Yəni Qarabağ əlillərinin alacağı dərmanların sənədi Tibbi Sığorta Agentliyinə göndərilir və pulu bu qurum ödəyir. Burda “velisoped” kəşf etməyə ehtiyac yoxdur, dünyada geniş yayılmış mexanizmlər var v bundan yararlanmaq lazımdır. Avtomobilə gəlincə, bu barədə hökumətin müvafiq qərarları var. Sadəcə, jurnalistlər bu qərarların necə yerinə yetirilməsini araşdırmalıdır. Nəqliyyatda pulsuz gediş haqqı da bu insanlara tətbiq olunmalıdır. Bir daha deyirəm, Qarabağ müharibəsində döyüşən insanlar üçün dövlət hər hansı vəsaiti əsirgəməməlidir, həm də dövlətin belə imkanları mövcuddur”.

Ana səhifəXəbərlər”Hadı Rəcəbli haqsızdır”