Müsəlman Birliyi Hərəkatın sədri Taleh Bağırzadə 5 gündür aclıq aksiyası edir. Müsəlman Birliyi Hərəkatı bununla bağlı 30 noyabr mətbuat konfransı keçirib. 7 illik həbsxana rejiminin müddəti başa çatdığı üçün ilahiyyatçı Qobustandaki qapalı həbsxanadan 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Ailəsi deyir ki, müəssisəyə daxil olduğu andan ona təzyiqlər olub, psixoloji şiddətə məruz qalıb.
Hərəkat son zamanlar onlara qarşı təzyiqin artdığını iddia edirlər. Müsəlman Birliyi Hərəkatı İranla əlaqələri barədə yayılan iddiaları rədd edir.