Hacı Taleh Bağırzadə: Meydan TV-yə qarşı ədalətsiz, qərəzli rəftarına son verməsini tələb edirik

“Jurnalist xanımları belə, qorxutmaq üçün onları “bandit”lərin məkanına aparırlar”

Source:


“Jurnalist xanımları belə, qorxutmaq üçün onları “bandit”lərin məkanına aparırlar”

“Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsi olaraq ölkəmizdə vətəndaşlarımızın əksəriyyəti ciddi problemlərlə qarşı-qarşıyadır”

Bu fikirləri Müsəlman Birliyi Hərəkatının sədri və ilahiyyatçı Tale Bağırzadə Facebook səhifəsində Meydan TV-nin əməkdaşlarının saxlanılmasına münasibət bildirərkən qeyd edib.

İlhaiyyatçı daha sonra yazıb: “Bu, hər bir vicdanlı vətəndaşımızı narahat etməyə bilməz. Əslində, bu hakimiyyətin sütunlarını qoruyan güc strukturları məhz xalqımızın sonuncu qalası olan vicdanlarına belə qənim kəsilmişlər. Səbəb məlumdur. Qorxu! Təəssüflər olsun ki, məmləkətimizdə güc strukturlarının əsas hədəfinə gələn, ölkəmizin, xalqımızın çətin durumunu, ciddi problemlərini, bir sözlə, günümüzün real mənzərəsini işıqlandıran vicdanlı jurnalistlərdir. Çox ağır və şərəfli peşə sahibləri də, döyülüb-söyülən də, zindana atılan da məhz onlardır. Xüsusilə, son zamanlar hakimiyyət tərəfindən vicdanlı jurnalistlərə qarşı ciddi basqılar intensivləşib. Hətta jurnalist xanımları belə, qorxutmaq üçün onları “bandit”lərin məkanına aparırlar. Bunun səbəbi həmin jurnalist xanımların hakimiyyətin çürük mahiyyətini işıqlandıran “Meydan tv” ilə əməkdaşlıq etmələridir. Çünki “Meydan TV” hər zaman Azərbaycanda baş verən haqsızlıqlara öz “Meydan” səsini ucaldır. Sonda azərbaycanlı müsəlman olaraq hakimiyyətdən apardığı çirkin siyasətin durdurulmasını, xüsusilə, “Meydan TV”yə qarşı ədalətsiz, qərəzli rəftarına son verməsini tələb edirik”.

Sentyabrın 19-da Meydan TV ilə əməkdaşlıq edən Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva Ukrayna paytaxtdından qayıdarkən Heydər Əliyev adına hava limanında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. 20 sentyabrda gündüz saat 12.30-da sərbəst buraxılan jurnalistlərə Mingəçevir hadisələri və Meydan TV ilə əməkdaşlıqları barədə suallar verilib.

Ana səhifəXəbərlərHacı Taleh Bağırzadə: Meydan TV-yə qarşı ədalətsiz, qərəzli rəftarına son verməsini tələb edirik