Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə bu dəqiqələrdə Milli Təhlüksəzilik Nazirliyindəki dindirmədən çıxıb. Nazirlikdə Taleh Bağırzadə ilə ölkədəki ictimai-siyasi vəziyyət və dini sahə ilə bağlı söhbətlər aparılıb.
O, bu barədə “Azdalıq”a bildirb ki, əsasən ölkədəki gərginliklə bağlı söhbətlər oldu: “Biz də gərginliyin kökündə siyasi və sosial problemlərin dayandığını dedik. Eyni zamanda bildirdik ki, ədalətli cəmiyyət qurmaq üçün fəaliyyətimizi davat etdirəcəyik”.
Taleh Bağırzadə əlavə edib ki, çıxışları narahtlığa səbəb olub: “Mənə dedilər ki, çıxışlarında bəzən dövlət əleyhinə fikirlər olur. Lakin mən diqqətə çatdırdım ki, biz dövlətə qarşı yox, idarəçiliyə etiraz edirik. Bu dövləti qorumağı özümüzə borc bilirik”.
Taleh Bağırzadə ona hər hansı təzyiqin olmadığını bildirib: ”Heç bir təzyiq olmayıb. Özləri də bilirlər ki, bizimlə təzyiq dilində danışmaq olmaz. Biz bu dili başa düşmürük, başa düşsəydik həbs olunmazdıq. Təzyiqlər bizi haqlı mövqeyimizdən çəkindirə bilməz. Hər halda biz Qobustan həbsxanasından gəlirik, Antalyadan yox. Mən orda da dedim ki, Allah yolunda MTN-ə də düşmək istərdim. Yəni bizi təzyiqlər, həbslər qorxuda bilməz”.
MBH sədrinə MTN-ə hansı səbəbdən çağırıldığı bildirilməyib
Sentyabrın 22-də Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb.
Bu barədə azadxeber.net-ə xəbər verən ilahiyyatçının yaxınları deyiblər ki, ona saat 15.00-da nazirlikdə olması bildirilib.
MBH sədrinə MTN-ə hansı səbəbdən çağırıldığı bildirilməyib.