Hacı Şahin Həsənli vəfat edib (Yenilənib)

Hacı Şahin Həsənli. Mənbə: “Facebook”


Onun ürəktutmasından öldüyü bildirilir

TƏBİB Hacı Şahin Həsənlinin ölümünün səbəbini açıqlayıb.

Bildirilir ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

TƏBİB-dən Meydan TV-yə göndərilən press-relizdə qeyd olunur ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: “Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb”.

“Ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib”, – deyə məlumatda qeyd olunub.

***


Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədrinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.

Məlumatı ilahiyyatçının “Facebook” səhifəsi yayıb.

“Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə qeyd olunub.

Hacı Şahinin səhər saatlarında ürəktutmasından vəfat etdiyi bildirilir.

Məlumata görə, Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq:

“Hacının cənazəsi hazırda Məşədi Dadaş məscidindədir“.

Hacı Şahin Həsənli 1974-cü ildə Bakı şəhərində doğulub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub.

1995–1997-ci illərdə hərbi xidmətdə olub.

1999-cu ildə universiteti bitirib.

Hacı Şahin 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib.

2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. 

Ana səhifəSosialHacı Şahin Həsənli vəfat edib (Yenilənib)