Apelyasiya şikayəti təmin edilməyib
Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apelyasiya şikayətinə baxılıb.
Meydan TV-nin məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Ə.Salahzadə bir neçə gün əvvəl həbs edilib.
Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.