Hacı Məmmədovun intihar xəbəri yayılıb

Bacısı: “Mənə bu haqda məlumat verməyiblər”

Source:
Hacı Məmmədov
Hacı Məmmədov


Bacısı: “Mənə bu haqda məlumat verməyiblər”

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, hazırda həbsdə olan Hacı Məmmədovun intihar etdiyi bildirilir.

Məlumatı ilk olaraq “primetime.az” saytı

yayıb.

Sayt mənbə göstərməsə də, iddia edir ki, o, saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində özünü asıb və ölüb.

Deyilənləri Meydan TV-yə Penitensiar Xidmətin adını açıqlamaq istəməyən əməkdaşı da təsdiqləyib, ancaq ölüb-ölməməsi barədə heç bir məlumat verməyib:

“Bəli, özünü asıb. Bundan başqa heç bir məlumat verə bilmərəm”.

Məlumatı APA-ya Xəzər Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, hadisə Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş

verib

.

Hacı Məmmədovun bacısı Arifə Məmmədova isə Meydan TV-yə deyib ki, o, qardaşı ilə 1 həftə öncə əlaqə saxlayıb və intihar haqqında heç bir məlumatı yoxdur:

“Hacı vərəm dispanserində müalicə olunur. Deyir ki, vəziyyəti pis deyil, düzəlib. Yazılanlarla bağlı məlumatım yoxdur. Mənə bu haqda heç bir məlumat verilməyib. Bazar ertəsi dəqiqləşdirəcəm”.

Hacı Məmmədovun vəkili Afət Qazıyeva da hadisənin doğru və ya yanlış olduğundan xəbərsizdir. O da yalnız iş günü məsələni dəqiqləşdirə biləcəyini deyir.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.

İttihama görə, H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z.Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

Ana səhifəXəbərlərHacı Məmmədovun intihar xəbəri yayılıb