Hacı Abgül Süleymanov barədə qərar qüvvədə qaldı (VİDEO)

Fevralın 4 də Bakı Apellyasiya məhkəməsində Hacı Abgül Süleymanovun Qaradağ rayon məhkəməsinin qərarı ilə 1 il müddətinə həbsxana rejiminə keçirilməsi ilə bağlı şikayətinə baxılıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmədə vəkil Cavad Cavadovun təqdim etdiyi vəsatətlər təmin edilmədi.

Qeyd edək ki, 2012 ci il Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə islamçı fəal, ruhani Abgül Süleymanov 11 il azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. O, zor tətbiq etməklə irqi, sosial və ya dini nifrət və düşmənçilik salma, ictimai qaydaları pozma, qanunsuz olaraq külli miqdarda narkotik və odlu silah saxlamada ittiham olunur.

Ana səhifəVideoHacı Abgül Süleymanov barədə qərar qüvvədə qaldı (VİDEO)