Habil Vəliyev: Mən YAP-a xidmət etmişəm

Zərərçəkmiş baş redaktor tərəfindən şantaj olunduğunu deyib

Source:
YAP
YAP


Zərərçəkmiş baş redaktor tərəfindən şantaj olunduğunu deyib

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Xəyalə Məlikova ifadə verərək bildirib ki, şikayət və tələbi yoxdur.

Zərərçəkmiş Hatəm Rəhimov isə ifadəsində deyib ki, işlətdiyi otelə görə şantaj ediblər və Habil Vəliyevə 22 min manat pul verib. O, dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını deyib.

Habil Vəliyev isə bildirib ki, zərərçəkmiş şəxsi heç vaxt görməyib:

“Sən məni nə vaxtsa görmüsən? Mənim heç bir günahım yoxdur. Mən YAP-a xidmət etmişəm”.

Habil Vəliyevin bacısı oğlu Pərvin Mahmudov isə şahid qismində dindirilib. O qeyd edib ki, “Cahargah” otelində əxlaqsızlıq yuvaları olması barədə qəzetdə yazılar dərc ediblər.

Pərvin Mahmudovun istintaqa ifadəsi elan edilib. O, istintaq ifadəsindən imtina edib, bildirib ki, həmin ifadəni təzyiq altında verib.

O, istintaq zamanı ifadəsində dayısının otel sahibindən 5 min manat pul tələb etdiyini bildirib.

Proses fevralın 8-də davam edəcək.

H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Əliyevdən ayrılıb.

Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak e

dib

.

2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.

Ana səhifəXəbərlərHabil Vəliyev: Mən YAP-a xidmət etmişəm