İddiada Ermənistanın etnik ayrı-seçkilik törətdiyi qeyd olunub
Bazar ertəsi Haaqada Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsində Azərbaycanın Ermənistana qarşı irqi ayrı-seçkiliyə dair iddiasına baxılmasına başlanılıb.
Xəbəri "Turan"
yayıb
.
Bildirilir ki, iddiada Ermənistana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiqinə çağırılır.
Bu barədə dinləmələrdə Azərbaycan nümayəndəsi Elnur Məmmədov bildirib.
Onun sözlərinə görə, məhkəmə iki gün davam edəcək. Bundan öncə (oktyabrın 14-15-də) həmin məhkəmə Ermənistanın Azərbaycana qarşı analoji iddiasına baxıb.
Onun qərarı bir ay yarım ərzində açıqlanacaq.
Azərbaycanın iddiasında deyilir ki, Ermənistan etnik mənşəyinə görə azərbaycanlılara qarşı ayrı-seçkilik törədib və bu gün də davam edir.