Həyat yoldaşı: “Ruslan İzzətlinin həyati təhlükəsi var” 

Ruslan İzzətli. İllüstrasiya: Meydan TV

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətlinin səhhətinin pisləşdiyi deyilir.

Bu barədə İzzətlinin həyat yoldaşı Günel Manaflı məlumat yayıb.

Manaflı bildirib ki, Ruslan İzzətli yüksək təzyiq və öd kisəsi ağrılarından əziyyət çəkir. 

Təzyiqini yalnız hər gün dərman içməklə normaya sala bilir. 10 günə yaxındır ödündə kəskin ağrılar başlayıb. Dözümsüz ağrılara qarşı hər gün ağrıkəsici vurmaq məcburiyyətində qalır”, – deyə Manaflı bildirib.

Günel Manaflı həmçinin bildirib ki, Ruslan İzzətlinin təcili əməliyyata ehtiyacı var. Və həyati təhlükəsinin olduğunu bildirib.

Bugünlərdə həkim gəlib və onu ulturasəs müayinəyə salıb. O, ödünün müalicəyə tabe olmadığını əməliyyatla götürülməli olduğunu bildirib. Həbsxana şəraitində isə bu mümkün deyil. Ödü və təyziqi onun həyatı üçün təhlükə yaradır. Ödü “pristup” verərsə qanına zəhərlənmə keçə bilər və bu da həyatı bahasına başa gələ bilər. Bu artıq həyəcan siqnalıdır”, – Manaflı deyib. 

Manaflı qeyd edib ki, Ruslan İzzətlinin həyatına görə məsuliyyəti hakimiyyət daşıyır.

Bu hakimiyyət üçün bir siyasətçinin həyatı qədər ucuz heçnə yoxdur. Ruslan İzzətlinin başına bir iş gələrsə, bunun məsuliyyətini birbaşa bu hakimiyyət daşıyır”, – Günel Manaflı bildirib.

Bundan əvvəl noyabrın 28-də Ruslan İzzətli ödündə ağrılar olduğunu bildirmişdi. O, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim olmamasından şikayətçi idi. 

Ruslan İzzətli  2024-cü il martında “Toplum TV işi” ilə bağlı həbs olunub.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Ana səhifəSiyasətHəyat yoldaşı: “Ruslan İzzətlinin həyati təhlükəsi var”