Həbsdə olan ictimai fəalları görə bilməmək üçün yeni maneə yaradılıb

Foto: OC Media

Məhkəmənin önünə çəkilən hasar prosesi işıqlandırmağa çalışan jurnalistlərin qarşısında duran yeni maneədir

Bakının Xətai Rayon Məhkəməsinin ətrafında jurnalistlərin təqsirləndirilən şəxslərin görüntülərini çəkməsinə mane olan yeni hasarlar çəkilib.  

Sosial medialarda məhkəmənin binası ətrafında quraşdırılan yeni hasarın fotosu paylaşılıb.

2023- cü ilin noyabrından bu yana həbs olunan jurnalistlərin və vətəndaş cəmiyyətinin üzvlərinin işinə Xətai Rayon Məhkəməsində baxılır.   

Hər məhkəmə iclası zamanı ailə üzvləri, fəallar və digər media işçiləri həbs olunanları görmək üçün məhkəmə binasının yanına toplaşır. Həbsdə olan jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin görüntülərini çəkə bilməmək üçün hər dəfə məhkəmənin qarşısına polis kordonu qurulurdu.

Hasar, davam edən məhkəmə proseslərini işıqlandırmağa çalışan jurnalistlərin, eləcə də həbsdə olunmuş şəxsləri görmək üçün gələn yaxınlarının qarşısında duran yeni maneədir.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda jurnalist və ictimai fəallar qaçaqmalçılıq ittihamı ilə həbs edilirlər.

Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.

Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Amma onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Ana səhifəSiyasətHəbsdə olan ictimai fəalları görə bilməmək üçün yeni maneə yaradılıb