Həbsdə olan dini inanclı şəxs ağzını tikərək aclıq edir

Foto: Arzu Abdullanın Facebook səhifəsi

Bu gün, noyabrın 24-də siyasi məhbus kimi tanınan Elman Şeydayevin 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığı bildirilir. 

Bu barədə hüquq müdafiəçisi Arzu Abdulla Meydan TV-yə məlumat verib.

Arzu Abdulla deyir ki, Elman Şeydayev  6 inanclı qadının həbsinə etiraz olaraq ağzını tikərək aclıq aksiyasına başlayıb.

Həmin qadınlar – 38 yaşlı Nigar Bağırova, 41 yaşlı Aytən İbrahimova, 44 yaşlı Şəhla Fərəcova, 50 yaşlı Xoşqədəm Quliyeva, 31 yaşlı Şərqiyyə Sadıqova və 52 yaşlı Arzu Hüseynova avqustun 17-də Xəzər rayonu ərazisində ehsan payladıqdan sonra həbs olunub.  Onlar dini ayinlər və mərasimlər adı altında aksiyalar keçirməkdə təqsirləndirilirlər. Noyabrın 8-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə onlar haqda verilmiş həbs qətimkan tədbirinin müddəti uzadıldığı üçün Şərqiyyə Hüseynova, Şəhla Fərəcova, Nigar Bağırova, Aytən İbrahimova aclıq aksiyasına başlamışdılar. 

Elman Şeydayev 2022-ci ilin fevralında narkotik ittihamı ilə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətHəbsdə olan dini inanclı şəxs ağzını tikərək aclıq edir