Güzəşti ev almaq istəyənlər MİDA-ya etiraza gəldi

Güzəştli mənzillərin satışından narazı qalan vətəndaşlar Mənzil İnşaatı Dövlət Agentliyinin binasına toplaşıblar. 5 sentyabr saat 11-də Yasamal rayonunda yerləşən 324 mənzil elektron qaydada satışa çıxarılıb. Qaydalara görə ilk kim elektron kabinetinə girib mənzili seçirsə, ev onundur. Amma sistem donub və MİDA məlumat yayıb ki, saat 3-ə qədər texniki nasazlıq aradan qaldırılacaq. Saat 3-də seçim başlayıb, amma yenə problemlər yaşanıb.

Ana səhifəVideoGüzəşti ev almaq istəyənlər MİDA-ya etiraza gəldi