Gürcüstanla Azərbaycan arasında sərhəd mübahisəsi Udabno monastırında münaqişəyə səbəb olub

Bir neçə gün əvvəl Udabno monastırına gedən yolu kəsən Azərbaycan sərhədçiləri ruhanilərə, dindarlara və turistlərə ora girməyə icazə vermirlər, “Kavkazski uzel”in müxbiri “Rustavi 2” telekanalına istinadən aprelin 25-də xəbər verir.

Source: Andrzej Wójtowicz from Poznań, Poland

Rahiblər, zəvvarlar və turistlər “David Qareci” qədim gürcü mağara kompleksinin ərazisində yerləşən Udabno monastırına girə bilməyiblər. Monastıra gedən yolu azərbaycanlı sərhədçilər kəsiblər. Gürcüstan və Azərbaycanın Daxili İşlər nazirlikləri arasında gedən danışıqlardan sonra münaqişə öz həllini tapıb.


“Kavkazski uzel”

in yazdığı kimi, Gürcüstanla Azərbaycan arasında sərhəd çəkişməsi çözülmədiyindən Gürcüstanın ən mühüm mədəni və dini abidəsi olan “David Qareci” monastır kompleksinin üstündə mübahisə gedir. Kompleks Tbilisidən 60 km cənub-şərqdə, Keşikçi dağda yerləşir.

Azərbaycan

ərazi mübahisəsinin mövcudluğunu inkar edir.

Sərhədin ümumi sahəsi məsələsi ilin sonunadək

öz həllini tapacaq

, Gürcüstanın prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana səfəri zamanı bəyan edib. O qeyd edib ki, hər iki dövlətin problemi ərazilərinin bir hissəsinin işğal olunmasındadır. Zurabişvilinin işğal olunmuş ərazilərlə bağlı söylədiklərinin arxasında iki ölkənin birgə hərəkət planı dayanmır, internet istifadəçiləri qeyd edib.

Bir neçə gün əvvəl Udabno monastırına gedən yolu kəsən Azərbaycan sərhədçiləri ruhanilərə, dindarlara və turistlərə ora girməyə icazə vermirlər, “Kavkazski uzel”in müxbiri “Rustavi 2” telekanalına istinadən aprelin 25-də xəbər verir.

Turistlərə unikal freskaları olan mağaraya girməyə icazə verməyiblər, “sərhədçilər çəkiliş aparmağa icazə vermirlər”, jurnalistlər efirdə deyib (“Kavkazski uzel”in müxbirinin tərcüməsi).

Sərhədçilər Udabno monastırında hərəkət qadağası nişanları quraşdırıblar, “David Qareci” monastırının baş rahibi Kiriona istinadən “Sputnik-Qruziya” xəbər verir.

Gürcüstan prezident administrasiyasının başçısı Laşa Jvaniya monastıra gedən yolun kəsilməsi hadisəsinə şərh verib.

“Bu cür gərginliyin bir daha baş verməməsi üçün Gürcüstanla Azərbaycan arasındakı sərhədləri qəti şəkildə müəyyənləşdirmək lazımdır”, – o, “Gürcüstan İctimai Televiziyası”nın efirində söyləyib.

“Bu cür faktların Pasxada baş verməsi kədərlidir. Bu faktlar ondan xəbər verir ki, ölkələrimiz arasında sərhədin delimitasiyası çox mühümdür”, – Jvaniya qeyd edib.

Gürcüstan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında danışıqlardan sonra Udabno monastırına gedən yol açılıb, telekanal xəbər verib.

“Hazırda vəziyyət tənzimlənib. Bizdə olan məlumata görə, Azərbaycan hökuməti bağlı məntəqələrin açılması qərarını verib”, – Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəyan edib.

Udabno monastırındakı münaqişə ilə bağlı Azərbaycanın xarici işlər nazirinin şərhləri hələ ki “Kavkazski uzel”ə bəlli deyil.

Ana səhifəXəbərlərGürcüstanla Azərbaycan arasında sərhəd mübahisəsi Udabno monastırında münaqişəyə səbəb olub