Gürcüstanın yeni Baş naziri seçilib

Ölkədə nazirliklərin sayı azaldılacaq

Source:
Mamuka Baxtadze
Mamuka Baxtadze


Ölkədə nazirliklərin sayı azaldılacaq

Gürcüstan parlamenti 99 lehinə, 6 əleyhinə olmaqla ölkənin yeni Baş nazirini seçib.


Gürcü mətbuatı

nın məlumatına görə, yeni Baş nazir ölkəyə “Azadlıq, sürətli inkişaf, rifah” proqramı təklif edən Mamuka Baxtadzedir.

O, bəyan edib ki, təxminən üç həftədən sonra kiçik hökumət konsepsiyası təqdim ediləcək. Struktur dəyişikliyi nəticəsində nazirliklərin sayı 14-dən 11-ə qədər azaldılacaq.

Dəyişikliklərdən sonra parlament yenidən hökumətin tərkibi ilə bağlı səs verəcək.

2015-ci ildən Baş nazir olan Georgi Kvirikaşvili hakim partiya və onun sədri Bidzina İvanişvili ilə fikir ayrılığını əsas gətirərək, vəzifəsindən istefa verib.

Gürcüstan prezidenti

Georgi Marqvelaşvili

ölkədə baş nazirlərin təyinatı və istefasını maskarad adlandırıb.

Ana səhifəXəbərlərGürcüstanın yeni Baş naziri seçilib