Son illərdə Eduard Şevardnadze “Gürcü arzusu” partiyasına dəstək verirdi.
Rusiyanın Lenta.ru saytı Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin iyulun 7-də yerli vaxtla saat 12-də vəfat etdiyi barədə məlumat yayıb.
Xəbəri sabiq prezidentin ailəsi də təsdiqləyib.
Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Mamati Lançxutski rayonunda doğulub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.
Son illərdə Eduard Şevardnadze “Gürcü arzusu” partiyasına dəstək verirdi.