Gürcüstanın daxili işlər və təhlükəsizlik nazirlərinin istefası istəndi

”Gürcüstan ”qaranlıq dövr”ə qayıdır”

Source:


”Gürcüstan ”qaranlıq dövr”ə qayıdır”

Gürcüstanın “Milli Hərəkat” təşkilatı parlamentdə ölkənin daxili işlər və təhlükəsizlik nazirlərinin istefasını tələb edib.

Tələbi parlamentdə hərəkatın təmsilçisi

Salome Samadaşvili

brifinq zamanı səsləndirib.

O, jurnalist Əfqan Muxtarlının oğurlanması əməliyyatının baş nazirin qərarı olmadan keçirilməsinin mümkün olmadığını deyib:

“Belə əməliyyatlarda yüksək səviyyədə siyasi razılaşma olur. Jurnalistin itməsindən 24 saat ötüb və o, Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarətindədir. Ancaq biz Gürcüstan hakimiyyətinin təmsilçilərinin bu barədə absurd açıqlamalarını oxuyuruq. Parlamentdə də bir çoxları bu olayın üstünün açılmasında maraqlı deyil. Baş verənlər Gürcüstan təhlükəsizlik sisteminin dağıldığını göstərir. Bunun məsuliyyəti birbaşa hakimiyyətin üzərindədir”.

Salome Samadaşvili hesab edir ki, Gürcüstan “qaranlıq dövr”ə qayıdır. Həmin illərdə adam oğurluğu adi idi. Ona görə məsuliyyət indiki hakimiyyətin üzərinə düşür:

“Əgər azərbaycanlı jurnalistin oğurlanmasında Gürcüstan hüquq-mühafizə orqnalarının əməkdaşları da iştirak edibsə, o zaman bu cinayətdir və araşdırılmalıdır. O da qeyd olunmalıdır ki, xüsusi əməliyyat Gürcüstan baş nazirinin icazəsi olmadan keçirilə bilməzdi. Yeganə adekvat reaksiya daxili işlər naziri və təhlükəsizlik xidmətinin rəhbərinin istefasıdır. Çünki ölkənin beynəlxalq imici zədələnib”.

Georgi Mqebrişvili

Gürcüstanın daxili işlər naziri

Georgi Mqebrişvili

isə ölkəsinin hüquq-mühafizə orqanlarının jurnalistin oğurlanmasında iştirakını istisna edib.

“Mən tam məsuliyyətlə deyirəm ki, jurnalistin oğurlanmasında hüquq-mühafizə orqanlarının iştirakı olmayıb”.

“Socar Enerji Corcia”nın mətbuat katibi də jurnalist Əfqan Muxtarlıyla bağlı açıqlama yayıb. Bilirib ki, bir sıra informasiya agentlikləri Əfqan Muxtarlının yoxa çıxmasında şirkətin təhlükəsizlik xidmətini suçlayır. Bunun əsası yoxdur:

“Hesab edirik ki, bunlar əsası olmayan yalan və böhtandır. ”

Socar Enerji Corcia

“nın bu məsələylə heç bir bağlılığı yoxdur. Hər hansı sual yaranırsa, Gürcüstan hüquq-mühafizə orqanlarına ünvanlasın”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib:

“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.

“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, – deyə Elçin Sadıqov bildirib.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Ana səhifəXəbərlərGürcüstanın daxili işlər və təhlükəsizlik nazirlərinin istefası istəndi