Mənbə: Marneuli FM

Gürcüstanın daxili işlər naziri istintaqa ifadə verib

Gürcüstanın paytaxtı Tbilisidə nümayişdə iştirak etmiş daha 3 nəfər həbs edilib. Gürcü xidmət orqanları onların keçən ay parlament binasına hücum edən şübhəlilərin arasında olduğunu iddia edirlər, - Azadlıq Radiosu xəbər verir.

Eyni zamanda iyulun 20-də prokurorluq daxili işlər naziri Giorgi Qaxarianı istintaqa cəlb edib. Səbəb 20-21 iyun etirazlarında hüquq-mühafizə orqanlarının həddən artıq güc tətbiq etməsidir.

18 iyulda prokurorluq binasından ayrıldıqdan sonra Qaxaria ona "çoxlu suallar verildiyini" və gərəkli olduğu halda tez-tez istintaqda çıxış edəcəyini deyib.

İyun ayında parlament binasının yaxınlığında keçirilən mitinqin dağıdılması zamanı səlahiyyətlərini aşmış iki polis məmuru vəzifəsindən kənarlaşdırılıb və həbs edilib.

Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar şöbəsinin rəhbəri həmçinin 10 hüquq-mühafizə orqanının əməkdaşı təhlükəsizlik işçiləri tərəfindən istintaqa cəlb edilib.

Qaxaria iyunun 28-də jurnalistlərə deyib ki, o, yalnız istintaq başa çatdıqdan sonra istefaya gedəcək.

Gürcü prokurorları iddia edir ki, keçən ay Gürcüstan paytaxtını bürüyən kütləvi etirazlar hakimiyyəti ələ keçirmək istəyən adı açıqlanmayan şəxslər tərəfindən törədilmiş dövlət çevrilişinin bir hissəsidir.

Etirazlara səbəb rus millət vəkilinin Gürcüstan parlamentinin sədrinin oturduğu yerdə ölkənin millət vəkillərinə səslənişi olub.

Etirazçılar və polis arasında baş verən qarşıdurmalar nəticəsində yüzlərlə insan yaralanıb və həbs olunub.

Polisə qarşı müqavimətdə təqsirli bilinən 12 nəfər 15 iyuldan etibarən həbsdədir.

Gürcüstan Milli Məclisinin deputatı Nika Melia iyunun 25-də kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edilir.

O, ittihamları absürd adlandırıb və sonradan kəfalət müqabilində azad edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3mnr51

Ən çox baxılan