Gürcüstandakı səfirliyimiz önündə “Xədicə İsmayıla azadlıq” aksiyası keçirildi

Aksiya iştirakçıları Azərbaycanda araşdırmaçı vicdan məhbuslarının həbsinə etiraz ediblər

Source:


Aksiya iştirakçıları Azərbaycanda araşdırmaçı vicdan məhbuslarının  həbsinə etiraz ediblər

Dekabrın 10-da Gürcüstan jurnalistləri və hüquq müdafiəçiləri Azərbaycan səfirliyi və Batumidəki nümayəndəliyin önündə “Azərbaycan hökuməti, vətəndaşlarının hüquqlarına hörmət et!”, “Azadlıq qazdan daha önəmlidir!”, “Xədicə İsmayıla azadlıq!” şüarlarıyla iki etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılın və digər vicdan məhbuslarının həbsinə etiraz ediblər.

Aksiya iştirakçısı əllərində gürcü və ingilis dillərində yazılmış plakatlar, Xədicə İsmayılın, Anar Məmmədlinin, Rəsul Cəfərovun və digər vicdan məhbuslarının fotolarını tutublar.

Jurnalist Xədicə İsmayıl dekabrın 5-də 2 ay müddətinə həbs olunub. O, özünü öldürmə həddinə çatdırmada ittiham olunur. Yerli və beynəlxalq təşkilatlar jurnalistin fəaliyyətinə, özəlliklə prezident ailəsinin gizli biznesini üzə çıxaran araşdırmalarına görə həbs edildiyini bildirirlər.

Ana səhifəXəbərlərGürcüstandakı səfirliyimiz önündə “Xədicə İsmayıla azadlıq” aksiyası keçirildi