Gürcüstanda yanacağın qiyməti ucuzlaşıb

Natiq Cəfərli: ”Yaxın bir neçə həftədə neftin qiyməti ensə, Gürcüstanda yanacağın qiyməti də düşəcək”

Source:


Natiq Cəfərli: ”Yaxın bir neçə həftədə neftin qiyməti ensə, Gürcüstanda yanacağın qiyməti də düşəcək”

Gürcüstanda benzin və dizel yanacağın qiyməti aşağı düşüb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən APA-ya

bildirilib ki

, yanvar ayında brend yanacaq doldurma məntəqələrində yanacağın qiyməti orta hesabla 2-5 tetri (0,008 – 0,020 dollar) arasında ucuzlaşıb.

Yanacağa olan qiymətin ucuzlaşması milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir.

Hazırda qonşu ölkənin YDM-lərində benzinin qiyməti 2,45-2,55 lari (0,98-1,02 dollar), dizelin qiyməti isə 2,25-2,42 lari (0,90-0,96 dollar) təşkil edir.

İqtisadçı Natiq Cəfərli qonşu respublikada benzin və dizel yanacağın qiymətinin ucuzlaşmasını rəqabətli mühitin olması ilə əlaqələndirir.

Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, Gürcüstanda bazarda 12 şirkətin şəbəkələri mövcuddur və rəqabətli şəkildə yanacaq satışı ilə məşğuldurlar:

“Dünya bazarındakı proseslərə, lari-dollar münasibətlərinə, neftin qiymətin dəyişməsinə reaksiya verirlər. Bir sözlə, dövlətin heç bir müdaxiləsi olmadan qiymətlər tənzimlənir və bu rəqabətli mühitə görə yanacağın qiymətində tez-tez dəyişiklik olur. Son zamanlar lari dollara qarşı müəyyən qədər möhkəmlənib. Eyni zamanda, neftin qiymətində 2-3 dollar ucuzlaşma da təsir edir və nəticədə şirkətlər qiymətlərə dəyişiklik ediblər”.

İqtisadçının sözlərinə görə, yaxın bir neçə həftədə neftin qiyməti ensə, Gürcüstanda yanacağın qiyməti də düşəcək.

Ana səhifəXəbərlərGürcüstanda yanacağın qiyməti ucuzlaşıb