Gürcüstanda sürüşmə nəticəsində ölənlərin sayı artıb

Foto: “batumelebi.netgazeti.ge”

Ölənlərin arasında azərbaycanlı da var

Gürcüstanın Şovi bölgəsində sürüşmə nəticəsində həyatını itirənlərin sayı 18 nəfərə çatıb.

Ölənlər arasında 18 yaşlı azərbaycanlı Samirə İsayeva da var.

“Şəxsi əşyalar tapırıq, axtarış zonasını genişləndiririk” – axtarışlar haqqında xilasetmə xidmətinin rəhbəri Temur Mqebrişvili belə deyib.

Onun sözlərinə görə, hazırda ərazidə axtarış işləri davam etdirilir.

Müəyyən yerlərdə axtarış əməliyyatları gecə boyu da davam edib.

“Cəsədlərin tapıldığı perimetrdə şəxsi əşyalar və paltarlar tapırıq və ümid edirik ki, planlaşdırdığımız kimi düzgün istiqamətdə gedirik və gün ərzində hansısa nəticələrə nail olacağımızı görəcəyik”, – Mqebrişvili bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı Kaltsi suları istiqamətində də kəşfiyyat işləri üçün aktiv cəbhə açılacaq:

“Şovidə təbii fəlakətin baş verməsi ilə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə iş açılıb. Həmin maddələr istintaq zamanı yenidən qiymətləndirilə bilər”.

Raçada, Şovidə, fəlakət zonasında beşinci gündür ki, xilasetmə işləri aparılır.

Avqustun 3-də Şovidə baş verən sürüşmə insan tələfatı ilə nəticələnib, təbii fəlakət zonasında insanların axtarışları hələ də davam edir.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib.

Məlumata görə, ölənlər arasında Giorgi Karalaşvili, Samirə İsayeva, Luka Dudaşvili, Davit Beriaşvili, Giorgi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və Rusiya vətəndaşı Kseniya Triçeva da var.

İtkin düşənlər arasında kiçik uşaqlar da var.

Ana səhifəDünyaGürcüstanda sürüşmə nəticəsində ölənlərin sayı artıb