Gürcüstanda müxalifət partiyaları parlamentdə mandatlardan imtina haqda birgə sənəd imzalayıb

Gürcüstanda parlament seçkilərində iştirak edən müxalif siyasi partiyalar birgə bəyanata qol çəkib. Həmin bəyanatda onların parlamentin yeni tərkibinə daxil olmayacağı deyilir.

Source: JAMnews

Məqalə

JAMnews

saytında dərc olunub.

Gürcüstanda parlament seçkilərində iştirak edən müxalif siyasi partiyalar birgə bəyanata qol çəkib. Həmin bəyanatda onların parlamentin yeni tərkibinə daxil olmayacağı deyilir.

Bəyanatı parlamentə keçid səddini aşmış, o cümlədən nəticəsi bir faiz olan partiyalar imzalayıb.


Sənədə qol çəkiblər:

«Vahid milli hərəkat»

«Avropa Gürcüstanı»

«Lelo»

«Girçi»

«Aqmaşenebeli strategiyası»

«Vətənpərvərlər alyansı»

«Vətəndaşlar»

Leyborist partiyası

Respublika partiyası

«Qanun və ədalət»

«Avropa demokratları»

«Vahid Gürcüstan»

«Tribuna»

«Müzəffər Gürcüstan»

«Ədalət naminə»

«Azad demokratlar»

«Azadlıq»

«Azad Gürcüstan»

«Xristian-demokratik hərəkat»


Müxalifət nə tələb edir

1) Seçkilərin nəticələrinin ləğv edilməsi və təkrar seçkilərin keçirilməsi.

2) Seçkilərdə kütləvi saxtalaşdırmalara səbəb olan sistematik pozuntuların aradan qaldırılması. O cümlədən Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasında qaydaların dəyişdirilməsi tələb olunur.

MSK bülletenlərin 100 faizini sayıb. Rəsmi nəticələr belədir:

1. Hakim partiya “Gürcü arzusu” – 48,24 faiz

  1. «Milli hərəkat — Birləşmiş müxalifət» — 27,15 faiz
  2. «Avropa Gürcüstanı» — 3,79 faiz
  3. «Vətənpərvərlər alyansı» — 3,14 faiz

5. «Lelo» — 3,16 faiz

  1. «Aqmaşenebeli strategiyası» — 3,15 faiz
  2. «Girçi» — 2,89 faiz
  3. «Vətəndaşlar — Aleko Elisaşvili» — 1,33 faiz


“Biz, seçkilərdə nəticələri saxtalaşdırılmış müxalifət partiyaları parlamentdəki yerlərimizdən imtina edirik və bu saxta parlamentə de-yure və de-fakto girişin qarşısının alınması üçün bütün siyasi və hüquqi addımlara əl atacağıq. Biz bu parlamentin legitimliyini tanımırıq, çünki o qeyri-qanuni hərəkətlər nəticəsində seçilib və xalqın iradəsini ifadə etmir”, – sənəddə deyilir.


Liderlərin şərhləri:


“Gürcüstanda müxalifət heç vaxt bu qədər vəhdət təşkil etməyib və bu bir daha göstərir ki, “Gürcü arzusu” seçkilərin saxtalaşdırılması fonunda tamamilə yalnızdır. O, iradələrinə zidd olaraq dəyişdirilmiş protokollar, təzyiq və saxtalaşdırma yolu ilə səsləri saxtalaşdırılmış bütün müxalifət spektrinə və Gürcüstan cəmiyyətinin böyük bir hissəsinə qarşıdır”, – “Avropa Gürcüstanı” liderlərindən biri David Bakradze bəyan edib.


“Bu gün burada gördüyümüz vəhdət, həqiqətən də, misilsizdir. Zənnimcə, bu bizi tezliklə gözləyəcək qələbənin əsası olacaq. Bu, konkret partiyanın deyil, həqiqət və ədalətin, gürcü xalqının qələbəsi olacaq”, – “Vahid milli hərəkat”ın üzvü Tina Bokuçava deyib.


“Şəxsən mənə münasibətdə əsas məsələ parlamentə düşə bilməyimə hər vəchlə imkan verməmək idi. İvanişvili bütün partiyaları bü cür həmrəy olacağını gözləmirdi. Bunlar həm 20-25-27 yer, həm 3-5 yer almış, həm də seçkilərin saxtalaşdırılması nəticəsində bir dənə də olsun yer almamış partiyalardır. Biz hamımız bir-birimizlə həmrəyik”, – “Vahid Gürcüstan”ın lideri Nino Burcanadze bəyan edib.


Memorandumun mətni

2020-ci il oktyabrın 31-i parlament seçkiləri zorakılıq və seçicilərin qorxudulması, dövlət təhlükəsizlik xidməti və kriminal dünyanın əlaqələndirilmiş təzyiqi, irimiqyaslı rüşvətxorluq, inzibati resurs və seçicilərin iradəsinə zorakı təsir şəraitində keçib. Bu, seçki protokollarının manipulyasiyası və səsvermənin nəticələrini əhəmiyyətli dərəcədə təhrif etmiş “karusel”lə müşayiət olunub.

MSK-nın dərc etdiyi son nəticələr Gürcüstan vətəndaşlarının iradəsini əks etdirməyib. Bizə, müxalifət partiyalarına tamamiləaydındır ki, vətəndaşlarımız İvanişvilinin hakimiyyətini rədd edib və ölkəni idarə etmək üçün ona üçüncü dəfə mandat verməyib. Deməli, bu parlament elektoratın iradəsini əks etdirmir. Odur ki, biz, seçkilərdəki nəticələri saxtalaşdırılmış müxalifət partiyaları parlament mandatlarımızdan imtina edirik və bu saxta parlamentə de-yure və de-fakto girişinin qarşısının alınması üçün bütün siyasi və hüquqi addımlara əl atırıq.

Biz bu parlamenti legitim saymırıq, çünki o, qeyri-qanuni hərəkətlər nəticəsində seçilib və xalqın iradəsini əks etdirmir. Bu qərarı saxtalaşdırma nəticəsində parlamentdə yer ala bilməmiş siyasi partiyalar da tamamilə bölüşür.

Biz ölkəmizin ən yaxşı demokratik gələcəyi naminə İvanişvilyə qarşı mübarizəni davam etdiririk. Demokratik müxalifət bu seçkilərin nəticələrinin ləğv olunmasını, təkrar səsvermənin keçirilməsini və bütün pozuntuların, o cümlədən bu seçkilərin sistemli saxtalaşdırılmasına gətirib çıxaran MSK-nınformalaşdırılması qaydalarının aradan qaldırılmasını tələb edir.

Ana səhifəXəbərlərGürcüstanda müxalifət partiyaları parlamentdə mandatlardan imtina haqda birgə sənəd imzalayıb