Gürcüstanda koronavirusdan yoluxma qeydə alınıb

Səhiyyə naziri onu da qeyd edib ki, Gürcüstan sərhədçiləri qoruyucu vasitələrdən istifadə etsələr də, onlar da karantin altına alınacaq.

Source: Foto: ria novosti


Nazir sərhədçilərin də karantinə aləndığını deyib

Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze çərşənbə günü İrana işgüzar səfərə getmiş bir Gürcüstan vətəndaşının koronavirusa yoluxduğunu açıqlayıb, – yerli gürcü mediaları xəbər verir.

Tikaradze çərşənbə axşamı Azərbaycan üzərindən Gürcüstana qayıdan şəxsin dərhal Tbilisi yoluxucu xəstəliklər xəstəxanasına çatdırıldığını və onun sərhədçilərdən başqa digər vətəndaşlarla heç bir ünsiyyətinin olmadığını deyib.

Səhiyyə naziri onu da qeyd edib ki, Gürcüstan sərhədçiləri qoruyucu vasitələrdən istifadə etsələr də, onlar da karantin altına alınacaq.

“Gürcüstan vətəndaşlarını əmin etmək istərdim. Panikaya əsas yoxdur, çünki hökumətimiz hər şeyi edir və biz Gürcüstanda koronavirus epidemiyasının qarşısını almaq üçün bütün səylərimizi səfərbər edirik”,- Tikaradze deyib.

1560853262-ეკატერინე-ტიკარაძე.jpg
Ekaterine Tikaradze

Bazar günü koronavirusun bölgəyə yayılmasından sonra Gürcüstan İranla uçuşları dayandırıb. Nazir Tikaradze bu gün quru yolla hərəkətə də iki həftəlik məhdudiyyət qoyulacağını bildirib.

Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidze koronavirusun yayılması fonunda vətəndaşlara müvəqqəti olaraq Çin, İran, Cənubi Koreya və İtaliyaya getməmələrini tövsiyə edib.

Koronavirus keçən ilin dekabr ayında Çinin Vuhan şəhərində meydana gəlib. O vaxtdan bəri virusun dünyanın 30-a yaxın ölkəsinə yayıldığı bildirilir.

Ana səhifəDünyaGürcüstanda koronavirusdan yoluxma qeydə alınıb