Gürcüstanda koronavirus epidemiyası təhlükəsi səbəbilə iki şəhər – Marneuli və Bolnisi təcrid olunub

Gürcüstanın Kvemo Kartli regionunda iki şəhər – Marneuli və Bolnisi martın 23-dən karantin zonası elan edilib. Oraya gedən bütün yollar dünən axşamdan polis tərəfindən bağlanıb.

Source: yandex

Məqalə

JAMnews

saytında dərc olunub.



Gürcüstanın


Kvemo Kartli regionunda iki şəhər – Marneuli və Bolnisi martın 23-dən karantin zonası elan edilib. Oraya gedən bütün yollar dünən axşamdan polis tərəfindən bağlanıb.

Ekstremal tədbirlərə 62 yaşlı yerli sakinin


koronavirusa


yoluxması səbəb olub. Daha sonra onlarla insanın iştirak etdiyi ayin mərasimində də yoluxmanın baş verdiyi ehtimal edilir.

Yoluxmuş qadın əvvəlcə “Geo-hospital” klinikasına yerləşdirilib, daha sonra ağır vəziyyətdə Tbilisinin Universitet klinikasına gətirilib.

O, martın 22-də koronavirusa yoluxduğu təsdiqlənən beş nəfərdən biridir.

Martın 23-ü səhər saatlarına qədər Gürcüstanda ümumilikdə 54 koronavirusa yoluxma halı qeydə alınıb, üç nəfər sağalıb. 1966 nəfər karantindədir, 259 nəfər stasionarda müalicə olunur. Martın 21-dən ölkədə fövqəladə hal elan olunub.

Vəziyyəti yoluxma mənbəyini müəyyən etməyin hələ də mümkün olmaması daha da çətinləşdirir. Ehtimallardan biri xəstələnən qadının az əvvəl Azərbaycanda olan, amma bunu yaxınlarından gizlədən bacısıdır. Həkimlər hələlik onun analiz cavablarını gözləyirlər.

Məlum olub ki, martın 13-də qadın Marneulidə “Aversi” klinikasına tibbi yardım üçün müraciət edib, amma bundan az əvvəl Azərbaycandan qayıtdığı haqda məlumat verməyib.

““Yoluxmanın ölkə daxilində baş verməsi ən ciddi problemdir. Biz bunu daxili səviyyəyə keçid adlandırırıq”, – baş nazir Giorgi Qaxariya deyib.


Marneuli və Bolnisi şəhərlərində karantin aşağıdakıları əhatə edir:

Polis qüvvələri girişləri və çıxışları sərt məhdudlaşdırıb.

“Geo-Hospital” klinikası karantinə alınıb.

Bu klinikanın bilavasitə yaxınlığında səhra hospitalı yaradılıb.

Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlanıb. Amma yerli sakinlərə kənd təsərrüfatı məşğuliyyətlərini davam etdirməyə icazə verilir.

Ana səhifəXəbərlərGürcüstanda koronavirus epidemiyası təhlükəsi səbəbilə iki şəhər – Marneuli və Bolnisi təcrid olunub