Gürcüstan parlamentinin qarşısı

Mənbə: Foto: Meydan tv

Başlıq: Gürcüstan parlamentinin qarşısı

Gürcüstanda hakim partiyanın proporsional sistemə keçməməsi etirazlara təkan verir

“Məsələ bağlandı və seçki sistemində heç bir dəyişiklik olmayacaq”

Gürcüstan paytaxtının mərkəzində bir neçə min insan etiraz edir. RFE RL xəbər verir ki, etirazlara baxmayaraq, hakim partiyanın seçki islahatlarını qəbul etmədiyi üçün noyabrın 25-də müxalifətin dəstəkçiləri Tbilisinin Respublika Meydanından parlamentin binasına doğru hərəkət edib. Onlar şəhərin əsas magistral yolu olan Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.

Günün əvvəlində hakim Gürcü Arzusu Partiyası seçki qaydalarını 2020-ci ildən etibarən qarışıq sistemdən proporsional sistemə dəyişməkdən imtina edib.

Onun baş katibi, Tbilisi meri Kaxa Kaladze partiya iclasından sonra deyib: “Məsələ bağlandı və seçki sistemində heç bir dəyişiklik olmayacaq”.

Məsələnin aktuallığı noyabr ayının 14-də proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya dəyişikliyini parlament rədd etdikdən sonra başlayıb.

İslahat iyun və iyul aylarında Tbilisidə həftələrlə nümayiş edən minlərlə etirazçısının əsas tələblərindən biri olub.

İndiyə qədər 37 etirazçı həbs olunub.

Hazırda qanunverici orqanın təxminən yarısı proporsional seçkiylə seçilir. Lakin müxalifət bu durumun hakim Gürcü Arzusu Partiyasının xeyrinə işlədiyini qeyd edir.

Qərb diplomatları yeni etirazın daha böyük zorakılığa yol açacağından narahatdır.

Noyabrın 17-də Tbilisidə 20 min nəfərin mitinqindən sonra ABŞ və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “dinc və qarşılıqlı anlayışa dayanan dialoqa” çağırıb.

Avropa Birliyinin Gürcüstandakı nümayəndə heyəti və ABŞ səfirliyi 17 noyabr tarixində birgə bəyanatla çıxış edərək deyib ki, onlar parlamentin konstitusiya dəyişikliklərini qəbul edə bilməməsinin gürcü cəmiyyətinin geniş bir hissəsində dərin xəyal qırıqlığı yaratdığını görür və qəbul edir.

Səsvermə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tənqidlərinə də səbəb olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8ujyp3

Ən çox baxılan