İyunun 4 və 5-də Gürcüstanın Konstitusiya məhkəməsində rus sonluqlu soyadlarının dəyişdirilməsi ilə bağlı məhkəmə keçirilib.
“Soyadımı qaytar” kampaniyası hələ 2020-ci ildə milli və dini azlıqların “Salam” platforması qeyri-hökumət təşkilatının təşəbbüsü ilə başladılıb. 2021-ci ildə isə 45 gün ərzində soyadlarının dəyişdirilməsi ilə bağlı 27 min imza toplanaraq, parlamentə təqdim olunub.
Parlament imzaların sayının yetərli olmadığını bildirərək, təşəbbüsü qeydiyyata almaqdan imtina edib. Bundan sonra “Salam” platforması məhkəməyə üz tutmaq qərarına gəlib.