Gürcüstanda hökumətə etiraz aksiyasına istefası tələb olunan məmur başçılıq edəcək

“Mən bu mərhələdə öz missiyamı yerinə yetirilmiş hesab edirəm” , – Baxtadze yazıb.

Source: МВД Грузии


JAMnews



"Kavkazski Uzel"in

materialları əsasında

Tbilisidə etiraz aksiyası iştirakçılarının yay boyu istefasını tələb etdikləri sabiq daxili işlər naziri Qriqori Qaxaryia Gürcüstan hökumətinə başçılıq edəcək. Bu qərarı hakim koalisiya, Gürcüstan Arzusunun Siyasi Şurası qəbul edib – onu respublikanın qeyri-rəsmi başçısı sayılan milyarder Bidzina İvanişvili yaradıb və indiyədək də kolisiyaya o rəhbərlik edir.

Tbilisidə yenidən etiraz aksiyası keçirilib – Gürcüstan Arzusunun ofisi qarşısında spontan şəkildə insanlar yığışıb, aktivistlər daha sonra parlament binasının qarşısında etiraz etmək niyyətindədirlər. Bu gün parlamentdə yay tətilindən sonra ilk iclaslar keçiriləcək.

Qaxariyanın istefasına səbəb iyunun 21-də Tbilisidə nümayişin amansız şəkildə dağıdılması olub – 200-ə yaxın adam zərər çəkib, ikisin gözü çıxarılıb.

Gürcüstan hökumətində digər şərti yeni simalar – DİN-in başçısı Vaxtanq Qomelauri və Müdafiə Nazirliyinə rəhbərlik edəcək İrakli Qaribaşvilidir.

Hər iki məmur bundan əvvəl də hökumətin tərkibində olub, Qaribaşvili hətta baş nazir vəzifəsini tutub.

Gürcüstan hökumətində kadr dəyişikliklərini artıq bir neçə gün idi ki gözləyirdilər. Sentyabrın 2-si Baş nazir Mamuka Baxtadze istefaya gedib. Jurnalistlər bu barədə sosial şəbəkələrdən xəbər tutublar – Baxtadze FB-də öz istefası ilə bağlı ətraflı status yazıb. O, bir il ərzində tutduğu vəzifədə əldə etdiyi nailiyyətləri də qeyd etməyi unutmayıb.

“Mən bu mərhələdə öz missiyamı yerinə yetirilmiş hesab edirəm” , – Baxtadze yazıb.

Baş nazirin dərc etdiyi mətn uzunçuluğuna (hardasa 4 min söz) və özünütənqiddən tamamilə uzaq olduğuna görə masxaraya səbəb olub – axı Baxtadze Gürcüstanda siyasi böhran və qeyri-stabillik fonunda vəzifəsindən gedir.

Analitiklər qeyd edirlər ki, həm Baxtadze, həm də Gürcüstan Arzusu koalisiyasının hakimiyyəti dövründə vəzifəyə təyin olunmuş sələfləri öz vəzifələrini böhranın lap qızğın çağında tərk edirlər.

“Kavkazski uzel”in suallarına cavab verən politoloq Nika Çitadze bunu belə izah edib: “İvanişvili (milyarder, qeyri-rəsmi başçı) həmişə “günah keçisi” axtarır. O, göstərmək istəyir ki, hər yeni Baş nazir “yüksək etibarı” doğrultmayıb və buna görə də getməlidir”, – Çitadze belə hesab edir.

Yayda Gürcüstanda yerli valyuta dəyərini itirməkdə rekord vurub. Hazırda bir dollar təxminən üç laridir.

Daha bir problem hakimiyyətin azad mediaya hücuma keçməsində günahlandırılmasıdır. Beynəlxalq məhkəmənin qərarına görə, Gürcüstanda ən məşhur aparıcı müxalif telekanalı “Rustavi-2” sahiblərini dəyişib. Cəmiyyətdə çoxu hesab edir ki, kanal hakimiyyətin əlinə keçib.

Amma ən əsası yay boyu ardı-arası kəsilməyən etiraz aksiyalarıdır. Həmin aksiyalarda etirazçılar aparıcı hökumət fiqurlarının istefasını tələb ediblər. Hərçənd hakimiyyət bu tələblərə məhəl qoymayıb.

Ana səhifəDünyaGürcüstanda hökumətə etiraz aksiyasına istefası tələb olunan məmur başçılıq edəcək