Gürcüstanda daxili işlər nazirinin müavini vəzifəsindən uzaqlaşdırıldı

Nazir: ”Bugündən etibarən kriminal polisə mən nəzarət edəcəm”

Source:
Besik Amiranaşvili


Nazir: ”Bugündən etibarən kriminal polisə mən nəzarət edəcəm”

Gürcüstanın Daxili işlər nazirinin müavini, kriminal polisin rəisi

Besik Amiranaşvili

vəzifəsindən kənarlaşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Daxili İşlər naziri onun vəzifələrini icra edəcək.

Nazir Qiorqi Mqebrişvili deyib:

“Bugündən etibarən kriminal polisə mən nəzarət edəcəm, buna həmçinin Tbilisi və regionlar üzrə departamentlər də aiddir. Həmçinin Mərkəzi Kriminal Polis Departamenti və Patrul Polis Departamenti də mənim nəzarətimə keçir”.

Mayın 29-da Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı vəkilinə bildirmişdi ki, onu kriminal polis geyimində olan şəxslər Tbilisinin mərkəzindən oğurlayıb, Azərbaycan tərəfinə təhvil veriblər.

Ana səhifəXəbərlərGürcüstanda daxili işlər nazirinin müavini vəzifəsindən uzaqlaşdırıldı