Gürcüstanda daha bir nəfərin ''donuz qripi''ndən öldüyü təsdiqlənib

Gürcüstan

Gürcüstan

Son bir ayda qripdən ölənlərin sayı 18 nəfərə çatıb

Gürcüstanın Zuqdidi Şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb. “Newsgeorgia.ge”-nin məlumatına görə, adı açıqlanmayan şəxs xəstəxanaya yanvarın 10-da gətirilib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Ekspertiza həmin şəxsdə də “donuz qripi” adandırılan A (H1N1) virusunu təsdiqləyib. Bununla da son bir ayda Gürcüstanda qrip diaqnozu ilə ölmüş şəxslərin sayı 18 olub.

Hazırda 26 şəxs qrip diaqnozu ilə Zuqdadi Şəhər Xəstəxanasında müalicə olunur.

Gürcüstanda H1N1 qripi hallarının artması səbəbindən qış tətilini uzadıblar – məktəblilər dərsə, planlaşdırıldığı kimi, yanvarın 15-də deyil, 21-də gedəcəklər. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kw528e

Ən çox baxılan