Gürcüstanda 6 azərbaycanlı saxlanılıb

Oktyabrın 13-də xüsusi təyinatlı polis dəstəsi Marneuli rayonunun Qızılhacılı kəndinin 6 sakinini saxlayaraq Tiflis şəhərinə aparıb.

Gürcüstan hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, həmin şəxslər 8 oktyabr - parlament seçkiləri zamanı 48 saylı məntəqədə baş verən olaylarla bağlı saxlanılıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, saxlanılanlar Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarlarıdır. Əhməd İmamquliyev isə Meydan TV-yə verdiyi müsahibəsində bildirib, iddialar həqiqəti əks etdirmir. Əhməd İmamquliyev Gürcüstanın sabiq preidenti Mixail Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyasından parlamentə namizəddir. Parlament seçkiləri zamanı Qızılhacılı kəndində seçki saxtakarığına cəhd qarşıdurma ilə nəticələnib. Kəndə xüsusi təyinatlı polis dəstəsi yeridilib. Gürcüstanın Mərkəzi Secki Komissiyası 48 saylı seçki məntəqəsinin nəticələrini ləğv edərək, oktyabrın 22-də yeni seçki təyin edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nf8xb2

Ən çox baxılan