Gürcüstanda 500 azərbaycanlı ailə yardım alıb

Azuqə dəstlərinin paylanılması yerli məscid rəhbərliyinin vasitəsi ilə həyata keçirilib

Source: вфавыаф

Məqalə "

Кавказский узел

" saytında dərc olunub.

Azuqə dəstlərinin paylanılması yerli məscid rəhbərliyinin vasitəsi ilə həyata keçirilib

Ötən il yaradılmış Gürcüstanda Azərbaycanlıların İnteqrasiyası Mərkəzi az təminatlı azərbaycanlı ailələrə yardım edir. Bonisi, Marneuli və Kaxetiyada koronavirus epidemiyasına görə çətin vəziyyətə düşmüş 500 ailə azuqə dəstləri alıb.

“Gürcüstanın Kvemo Kartli bölgəsindəki Marneuli və Bolnisi rayonları martın 23-dən koronavirus üzrə sərt karantinə bağlanıb. Bölgədə kompakt şəkildə yaşayan azərbaycanlıların çoxu gürcü dilini bilmir. Yerli sakinlər yeni virus haqqında kifayət qədər informasiyaya malik deyil”, – “Kavkazski uzel”in “Karantində: Gürcüstandakı azərbaycanlılar necə yaşayırlar” adlı materialında deyilir.

Gürcüstanda Azərbaycanlıların İnteqrasiyası Mərkəzi (GAİM) koronavirusa görə karantin şəraitində Gürcüstandakı aztəminatlı ailələrə yardım göstərir. Mayın 4-də Telavi rayonunun Qaracalar kəndində yüz ailə azuqə dəstləri alıb, – “Gürcüstan-onlayn” xəbər verir.

Qaracalar kəndi (Karadjala) Kaxetiyada yerləşir. 2014-cü ilin siyahısına görə, kənd əhalisinin sayı 4891 nəfərdir, onların böyük hissəsi (99 faizdən çox) etnik azərbaycanlılardır.

Azuqə dəstlərinin paylanılması yerli məscid rəhbərliyinin vasitəsi ilə həyata keçirilib.

Dəstə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, günəbaxan yağı, duz və çay daxildir, – “haqqin.az” xəbər verir.

Təşkilat əvvəllər Bonisidə 150, Marneulidə isə 250 aztəminatlı ailəyə azuqə yardımı göstərib.

Gürcüstanda Azərbaycanlıların İnteqrasiyası Mərkəzi (GAİM) 2019-cu ilin aprelində Marneulidə Diasporalarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılıb. Mərkəzin idarə heyətinin üzvü Aygül İsayevanın sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanla Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahəsində münasibətlərin gücləndirilməsi, üstəlik yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasıdır. Mərkəzdə o cümlədən pulsuz gürcü dili kursları keçirilir, – “report.az” məlumat verir.

Gürcüstanda Xəstəliklərin Nəzarəti və Profilaktikası üzrə Milli Komitəsinin rəhbəri Amiran Qamkrelidze Kvemo Kartli bölgəsindəki Bolnisi rayonunu ölkədə koronavirus üzrə ən qaynar nöqtə adalndırıb. Əvvəllər Bolnisinin Muşevani kəndində onlarla kənd sakini xəstəxanaya aparılmağa cəhd edilərkən yerli sakinlərlə polis və həkimlər arasında qarşıdurmalar baş verib. Yalnız xəstəliyə yoluxmuş sakinlərin qohumları ilə bir saatlıq danışıqlardan sonra onları xəstəxanaya aparmaq mümkün olub. Qamkrelidzenin dediyinə görə, rayonda 107 nəfər koronavirusa yoluxub, dörd kənd karantinə bağlanıb.

Ana səhifəXəbərlərGürcüstanda 500 azərbaycanlı ailə yardım alıb