Avropa Parlamenti və Avropa Birliyinin üzvləri Ukrayna və Gürcüstana qarşı viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalayıblar
Bu barədə Reuters agentliyi xəbər verir.
Razılaşma dekabrın 7-i axşam saatlarında əldə olunub.
Vizasız rejimin dəqiq nə vaxt tətbiq ediləcəyi hələlik açıqlanmır, amma Kiyevlə Tbilisi artıq ilin sonunadək viza rejiminin qaldırılacağını ümid edirlər.
Avropa komissiyası bundan əvvəl Ukrayna ilə Gürcüstanın vizasız rejimlə bağlı bütün şərtləri yerinə yetirdiklərini bəyan elədi, amma yekun qərar Brüssel görüşünə saxlanmışdı.
İndi sənədi Avropa Parlamenti və birliyə üzv ölkələrin hökumətləri də təsdiqləməlidir.
Hər iki keçmiş Sovet respublikası son illər Moskvanın təzyiqlərinə məruz qalıb.
Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.
2004-cü ildə isə Ukrayna Moskvadan üz döndərərək Avropa Birliyinə inteqrasiya etmək qərarına gələndə, Rusiya Krımı ilhaq edib və bundan sonra Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında müharibə başlayıb.
2014-cü ildən bu yana Ukraynanın şərqində gedən bu döyüşlərdə 9 mindən çox adam ölüb.