İyulun 18-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ukrayna prezidenti Petro Poroşenko və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında rəsmi görüş keçirilib.
Görüş zamanı tərəflər razılığa gəliblər ki, digər postsovet ölkələrinin də NATO və Avropa Birliyinə üzv olması üçün birlikdə çalışsınlar. Tərəflər arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə deyilir ki, hər iki ölkə demokratiya və azadlıqlar uğrunda mübarizədə birlikdə hərəkət edəcəklər.
Ukrayna prezidenti Petro Poroşenko əlavə edib ki, hər iki ölkə Rusiyanın imperialist siyasətindən əziyyət çəkir.