Hüquq Komitəsi qanuna maddə-maddə baxılması təklifindən imtina edib
Gürcüstan Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsi ilə bağlı veto qərarı bu gün parlamentin Hüquq Məsələləri Komitəsində müzakirə edilib.
Komitənin iclasında Prezidentin parlament katibi Giorgi Msxiladzidən qanun layihəsinə maddə-maddə baxılmasını tələb edib.
Komitə isə bundan imtina edib.
Nəticə olaraq Gürcüstan parlamentinin hüquq komitəsi Prezidentin “Xarici agentlər haqqında” Qanuna veto qoymasının ləğv edilməsini təsdiqləyib.
Qeyd edilib ki, məsələ sabah plenar iclasda müzakirəyə çıxarılacaq və həllini tapacaq.
Prezident Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini eyni formada parlamentə qaytarıb.
O, bu qanunun Gürcüstan Konstitusiyasına zidd olduğunu bildirib.