Gürcüstan mətbuatı: Parlamentin spikeri istefa verib

ürcü deputatlar S.Qavrilovun sədr kürsüsündən, rus dilində danışmasına etiraz ediblər

Source: Foto:Gürcüstan mediası


Qərar hakim partiyada qəbul edilib

Gürcüstan parlametinin spikeri İrakliy Kobaxidze istefa verib.

Bu barədə “

İmedi

” telekanalı etibarlı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, qərar hakim “Gürcü Arzusu” Partiyasının siyasi şurasının iclasında qəbul edilib.

İyunun 20-də spiker İrakliy Kobaxidze Bakıda səfərdə olarkən Gürcüstan parlamentində beynəlxalq tədbirə Rusiya Dövlət Dumasının üzvü, kommunist deputat Sergey Qavrilov sədrlik edib.

Gürcü deputatlar S.Qavrilovun sədr kürsüsündən, rus dilində danışmasına etiraz ediblər. Bundan sonra parlamentin binasının qarşısında 5 mindən çox insan toplaşaraq etiraq aksiyası keçirib.

Etirazçılar parlamentin spikerinin, daxili işlər nazirinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin istefasını tələb ediblər.


Polislə etirazçıların arasında qarşıdurm

adan sonra 240 nəfər xəsarət alıb.

Ana səhifəDünyaGürcüstan mətbuatı: Parlamentin spikeri istefa verib