İrakliy Kobaxidze

Mənbə: Foto: Gürcüstan mediası

Başlıq: İrakliy Kobaxidze

Gürcüstan mətbuatı: Parlamentin spikeri istefa verib

Qərar hakim partiyada qəbul edilib

Gürcüstan parlametinin spikeri İrakliy Kobaxidze istefa verib.

Bu barədə “İmedi” telekanalı etibarlı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, qərar hakim “Gürcü Arzusu” Partiyasının siyasi şurasının iclasında qəbul edilib.

İyunun 20-də spiker İrakliy Kobaxidze Bakıda səfərdə olarkən Gürcüstan parlamentində beynəlxalq tədbirə Rusiya Dövlət Dumasının üzvü, kommunist deputat Sergey Qavrilov sədrlik edib.

Gürcü deputatlar S.Qavrilovun sədr kürsüsündən, rus dilində danışmasına etiraz ediblər. Bundan sonra parlamentin binasının qarşısında 5 mindən çox insan toplaşaraq etiraq aksiyası keçirib.

Etirazçılar parlamentin spikerinin, daxili işlər nazirinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin istefasını tələb ediblər.

Polislə etirazçıların arasında qarşıdurmadan sonra 240 nəfər xəsarət alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4yc29r

Ən çox baxılan