Gürcüstan məhkəməsi Aftandil Məmmədovu pul qarşılığında azad edir

3 ay ərzində Bakının sorğusu araşdırılacaq

Source: google.az


3 ay ərzində Bakının sorğusu araşdırılacaq

Gürcüstan məhkəməsi azərbaycanlı fəal Aftandil Məmmədovun 3000 lari (1200 dollar) qarşılığında üç ay müddətinə azad edilməsini qərara alıb. Bu müddətdə müxalifətçinin ekstradisiyası barədə Bakının sorğusu araşdırılacaq. Bu barədə “Turan”-a A.Məmmədovun yaxınları bildiriblər.

O, pul girovu barədə qərar çıxarılan kimi azadlığa buraxılacaq.

A.Məmmədov Azərbaycanın şimal bölgəsində hüquq-müdafiə fəaliyyətilə məşğul olub. 2017-ci ildə Gürcüstana gedib və orada siyasi sığınacaq istəyib.

Həmin vaxtdan Azərbaycan hakimiyyətini tənqid etdiyi deyilir.

Ana səhifəXəbərlərGürcüstan məhkəməsi Aftandil Məmmədovu pul qarşılığında azad edir