Gürcüstanda koronavirusa yoluxma halları sürətlə artmağa başlayıb. Bu infeksiyadan ölənlərin sayının da artma təhlükəsi var – xəstəliyin ölkədə risk qrupu arasında yayılması təsdiqlənib, belə ki qocalar evində beş bu cür hal qeydə alınıb. Hökumət qonaqlıqları qadağan edib və məktəblər distant təhsilə keçib. Gürcüstanda nə baş verdiyini danışırıq.
Təhlükəsiz yay
Gürcüstan haqqına olaraq yarım il özünü COVİD təhlükəsi olmayan ölkə sayıb: burda göstəricilər tədriclə dəyişib, yay aylarında xəstələnənlərin sayı nadir halda sutkada 15 nəfəri ötüb. Ölkə hökumətinin gördüyü ehtiyat tədbirlərini misilsiz saymaq olar. Belə ki, Gürcüstan öz sərhədlərini bir çox xarici vətəndaş üçün (hətta ölkədə müvəqqəti qeydiyyatı olanlar da istisna edilməyib) bağlayan ilk ölkələrdən olub, vətənə qayıdan vətəndaşlarsa heç bir etiraz dinlənilmədən iki həftəlik karantinə göndərilib.
Bütün bunlara baxmayaraq, avqustun ikinci yarısında COVİD-infeksiya ilə bağlı vəziyyət elə həyəcan yaradıb ki, ölkədə “ikinci dalğa” haqqında danışmağa başlayıblar.
Təlaşlı payız
Gürcüstanda xəstələnənlərin sayı ənənəvi yay məzuniyyəti ilə uzlaşır. Belə ki, gürcülərin bir çoxu dənizə avqustun ikinci yarısında – sentyabrın əvvəlində getməyə üstünlük verirlər. Xəstələrin sayı da təxminən həmin zaman aralığında artıb, özü də bu hallar məhz dincələnlərin daha çox olduğu yerdə – Acariya bölgəsində, Qara dəniz sahillərindəki istirahət zonalarında qeydə alınıb. Sentyabrın 1-də Gürcüstanda “COVİD-infeksiya” diaqnozu 23 adama qoyulub, iki həftədən sonra isə onların sayı az qala 200-ə çatıb (sentyabrın 16-da 196 yeni hal qeydə alınıb).
Məktəblər yenidən distansiyadan fəaliyyətə keçib
COVİD Gürcüstanda bu infeksiyaya ən çox həssas olanları yaxalayıb – qocalar evinin sakinləri xəstələniblər. Hökumət məhdudlaşdırıcı tədbirləri sərtləşdirib, özü də bunu ilk olaraq hazırda “korona”nın ocağı sayılan Acariyada tətbiq edib.
O cümlədən Kutaisi şəhərində orta məktəblərin birində müəllimlər heyətinin arasında 21 yoluxma halı qeydə alınıb.
Məktəblilər pandemiyadan sonra sentyabrın 15-də ilk dəfə məktəbə qayıtmalı idilər, lakin bundan bir neçə gün əvvəl hökumət Gürcüstanın bütün iri şəhərlərində tədris ilinin başlamasının oktyabrın 1-dək uzadılacağını bəyan edib. Bir çox məktəb distansion dərslərə start verib, valideynlərsə bundan narazıdırlar və hətta yeni COVİD-məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı Tbilisidə etiraz aksiyası keçiriblər.
ABŞ-ın (NDI) Milli Demokratiya İnstitutunun Gürcüstanda keçirdiyi son sorğuların nəticələrinə görə, təhsil sistemində əsas problemlərlə bağlı sualı cavablandıran adamların çoxu bunun onlayn-təhsil olduğunu söyləyib.
Bir çox valideyn uşaqların, hakimiyyətin söz verdiyi kimi, oktyabrın 1-də sinfə qayıdacağına şübhə ilə yanaşır. Bu da yəqin ki, onların yayboyu sərhədlərin açılacağını gözləməsindən, – halbuki hökumət onun iyulun 1-də açılacağını vəd etmişdi, – və ümidlərinin boşa çıxmasından irəli gəlir. Bundan başqa, cəmiyyət arasında daima yeni lokdaunun ehtimalı söhbəti müzakirə olunur.