Gürcüstan hakimiyyətinin Facebook-da yüzlərlə feyk-səhifəsinin olduğu aşkarlanıb

Facebook-un kiber-təhlükəsizlik xidmətinin bəyanatında deyilir ki, feyk-səhifələrin arxasında dayanan konkret personaların kimliyini müəyyən etmək mümkün deyil. Amma aparılan analiz nəticəsində ləğv edilmiş şəbəkənin Gürcüstan hakimiyyəti, o cümlədən də “Panda” reklam agentliyi ilə əlaqəsi üzə çıxarılıb.

Source: JAMnews

Məqalə

"Jamnews"

saytında dərc olunub



Ən nüfuzlu siyasi dezinformatorlardan biri tineycerlər arasında populyar olan “Panda” musiqili xidmətidir


Gürcüstanda dekabrın 20-də Facebook administrasiyasının apardığı yoxlama nəticəsində Facebook-da hökumətin yüksək vəzifəli şəxsləri ilə əlaqəli olan yüzlərlə saxta səhifə aşkarlanıb. Facebook-un kiber-təhlükəsizlik siyasətinin rəhbəri Nataniel Qleyerin bəyanatında deyilir ki,



sosial şəbəkə administrasiyası ümumilikdə 418 obyekti ləğv edib, onlardan 39-u profil, 344-ü səhifə, 13-ü qrup və 22-i instagramdır.



Bəyanatda vurğulanır ki, bütün bu şəbəkə istifadəçilərə siyasi dezinformasiya ötürmək üçün fəaliyyət göstərib.


Dezinformasiya yayanlar özlərini mediaya bərabər tutur

Ləğv olunmuş səhifələr əsasən yerli siyasi xəbərlərin yayılması ilə məşğul olur və özlərini kütləvi informasiya vasitəsi (KİV) adlandırırdılar. Hər biri müxalifətin və vətəndaş fəallarının ünvanına tənqidi materiallar yayır, hakimiyyətyönlü mövqeyi təbliğ edirdi.

Nataniel Qleyerin bəyanatında qeyd olunur ki, silinmiş resurslar auditoriyaya hakimiyyət, məmurlar haqda birmənalı olaraq müsbət, müxalifət liderləri və fəallar haqda isə mənfi xəbərlər yayırmış.

Təxminən 442300 nəfər bu cür dezinformasiyanın qurbanı olub. Məsələn, “sıfırlanmış” qruplardan birinin 52 min nəfər üzvü olub və onlar hər gün administratorun düzüb-qoşduğu “xəbərlərdən” istifadə ediblər.

Sözügedən şəbəkə tərəfindən paylaşılan statusların çoxunun arxasında sponsorlar dayanıb. Ləğv olunmuş obyektlərin təbliği və reklamı üçün ümumilikdə 316 min dollara yaxın vəsaitin xərcləndiyi güman edilir.

Facebook administrasiyasının bu resurslara marağı onların fəaliyyətinin bir istiqamətdə koordinasiya olunduğu üzə çıxandan sonra yaranıb.


Təhlükəli siyasi “Panda”

Facebook-un kiber-təhlükəsizlik xidmətinin bəyanatında deyilir ki, feyk-səhifələrin arxasında dayanan konkret personaların kimliyini müəyyən etmək mümkün deyil. Amma aparılan analiz nəticəsində ləğv edilmiş şəbəkənin Gürcüstan hakimiyyəti, o cümlədən də “Panda” reklam agentliyi ilə əlaqəsi üzə çıxarılıb.

“Netgazeti” nəşrinin məlumatına görə, “Panda” reklam agentliyi Gürcüstan bazarında 2019-cu ilin aprelindən


fəaliyyətdədir

.

Buna qədər isə “Panda” populyar musiqi layihəsi kimi məşhur olub – bu qrupun bir neçə klipi Youtube-da tineycerlər arasında çox məşhurdur.

Müəyyən edilib ki, “Panda” qrupu eyni adlı reklam agentliyinə transformasiya olunub və realda minlərlə istifadəçi arasında dezinformasiya yaymaqla məşğul olub.


ABŞ-la eyni sırada

Gürcüstandan başqa bu cür şəbəkələr Vyetnamda və ABŞ-da da üzə çıxarılıb. Onlar müvafiq olaraq çin və ispan dilində danışan insanların istifadəsi üçün nəzərdə tutulub.

Facebook son illərdə dezinformasiya ilə kifayət qədər sərt mübarizə aparmadığı üçün dəfələrlə tənqid obyektinə çevrilib. Bununla əlaqədar olaraq sosial şəbəkənin kiber-təhlükəsizlik xidməti 2017-ci ildən fake news mənbələrinə qarşı qəti və sərt müharibə elan edib.

Rəsmi məlumatlara əsasən, 2019-cu ilin aprel ayından sentyabr ayına qədər 3,2 milyard saxta hesab aşkarlanıb və ləğv olunub.

Ana səhifəDünyaGürcüstan hakimiyyətinin Facebook-da yüzlərlə feyk-səhifəsinin olduğu aşkarlanıb