Gürcüstan Əfqan Muxtarlının cinayət işinin materiallarını istəyir

”Qarşı tərəfdən sənəd və sübutları əldə edib öyrəndikdən sonra Gürcüstan tərəfi müvafiq hüquqi qərarlar qəbul edəcək”

Source:


”Qarşı tərəfdən sənəd və sübutları əldə edib öyrəndikdən sonra Gürcüstan tərəfi müvafiq hüquqi qərarlar qəbul edəcək”

“Gürcüstan tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarından jurnalist Əfqan Muxtarlının dindirməsinə şərait yaradılmasını istəyib”.

İyunun 27-də Gürcüstanın baş prokuroru İrakli Şotadze yerli jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

O, bildirib ki, ölkəsi Azərbaycan hüquq-mühafizə orqanlarının cavabını gözləyir.

Məlumatı “Turan” İA yayıb.

İrakli Şotadze deyib ki, Gürcüstan Prokurorluğu azərbaycanlı həmkarlarına müraciət edib. Əfqan Muxtarlı ilə bağlı cinayət işinin materialları istənilib.

“Qarşı tərəfdən sənəd və sübutları əldə edib öyrəndikdən sonra Gürcüstan tərəfi müvafiq hüquqi qərarlar qəbul edəcək. Buna uyğun addımlar da atılacaq”,-baş prokuror deyə fikrini vurğulayıb.

Ana səhifəXəbərlərGürcüstan Əfqan Muxtarlının cinayət işinin materiallarını istəyir