Gürcüstan: Biz daima güclənən bu klasteri dağıtmalıyıq

Gürcüstan hökumətinın bəyan etdiyi bənzərsiz ehtiyat tədbirlərinə baxmayaraq, azərbaycanlı icmada koronavirusun yeni dalğası

Source: авыфа

Gürcüstan hökumətinın bəyan etdiyi bənzərsiz ehtiyat tədbirlərinə baxmayaraq, azərbaycanlı icmada koronavirusun yeni dalğası

İyulun 22-də Gürcüstanda gün ərzində 24 yeni koronavirus faktı qeydə alınıb – bu, mayın 31-dən bəri ən yüksək göstəricidir. Bunlardan 10-u ölkənin şərqində, azərbaycanlı icmasının sıx yaşadığı Qardabani rayonunda aşkarlanıb.

Son günlər Qardabani rayonunun kəndlərində koronavirusa yoluxanların sayı 20 nəfərə çatıb. Bununla bağlı rayonun iki kəndində altı mobil PCR-test məntəqələri quraşdırılıb və əhalinin kütləvi şəkildə virusa yoluxması yoxlanılır.

“Biz daima güclənən bu klasteri dağıtmalıyıq”, – iylun 20-də birbaşa testləşdirmədən əvvəl Gürcüstan Xəstəliklərə nəzarət mərkəzinin direktoru Amiran Qamkrelidze deyib. – “Zənnimizcə, bu bölgədə bir neçə min adam testdən keçəcək”.

Rayonda karantinin tətbiq edilməsi də müzakirə olunur. Yerli əhali bu təşəbbüsü qəzəblə qarşılayıb – iyulun 21-də Gürcüstan mətbuatı yerli əhalinin toplaşdığı qəfil aksiyadan bəhs edib. Qeyd edək ki, bu azərbaycanlı ismasında ilk koronavirus dalğası deyil. Bu ilin yazında hakimiyyət Marneuli və Bolnisi bələdiyyələrinin kəndlərini karantinə bağlayıb – orada da əsasən etnik azərbaycanlılar yaşayır. Həmin vaxt da yerli əhali narazılıq etmiş və karantinin zəiflədilməsi tələbi ilə etiraz aksiyası keçirmişdi.

Gürcüstanda xəstələrin sayının qəfil artması hakimiyyətin tətbiq etdiyi bənzərsiz ehtiyat tədbirləri fonunda narahatlıq doğurur. Belə ki ölkə öz sərhədlərini turistlərə açmaqdan imtina edib; idman və mədəni tədbirlər qadağandır, qapalı yerlərdə çox adamın toplaşdığı toy və ya yas məclislərinə icazə verilmir; kazino və totalizatorların işləməsinə icazə yoxdur; hətta taksi sərnişinlərin sayı məhdudlaşdırılır – onlar iki nəfərdən çox ola bilməz və yalnız arxa oturacaqda əyləşməlidirlər. 40 dərəcə istiyə baxmayaraq, split sistem kondisionerlərin istifadəsi qadağan olunub (onlar otaqdan havanı özünə çəkir, soyudur və geri qaytarır). İctimai yerlərə yalnız maska ilə getmək olar. Bu məhdudiyyətlər ölkədə koronaviruslu xəstələrin sayının yüksək və təhlükəli həddə olmamasına öyrəşmiş yerli əhalidə ironiya doğurur: son vaxtlar Gürcüstanda yoluxanların sayı ləng artır, həkimlər gündə 1-5 yeni yoluxma halı qeydə alırlar.

Bu həftə hökumət Tbilisi bazarlarında əlavə yoxlamaların zəruriliyini bəyan edib. Bu məsələ bir koronaviruslu xəstənin yaxınlarda ölümündən sonra yenidən aktuallaşıb. Həkimlərin şahidliyinə görə, vəfat edənin qohumları müxtəlif şəhər bazarlarında çalışırdı və infeksiyanın daşıyıcısı ola bilərdilər.

İyulun 22-də Gürcüstanda klinik təsdiqlənmiş COVİD-19 faktlarının sayı 1073-ə çatıb. 907 nəfər sağalıb (gün ərzində sağalanların sayı 4 nəfər artıb), 275 nəfər stasionarda müalicə alır, 5692 nəfər karantindədir. 16 xəstə vəfat edib. Gürcüstanın əhalisinin sayı 3 milyon nəfərə yaxındır. Orta hesabla hər gün ölkədə 2-2,5 min koronavirus testi həyata keçirilir.

Ana səhifəXəbərlərGürcüstan: Biz daima güclənən bu klasteri dağıtmalıyıq